Avtoreyd.Az Hadisə Sükanı arxasında hamilə qadın olan avtomobil qaynar su dolu çuxura düşüb (Video)

Sükanı arxasında hamilə qadın olan avtomobil qaynar su dolu çuxura düşüb (Video)


Avtoreyd.az bildirir ki, Rusiyada, Krasnoyarsk şəhərinin küçələrindən biri borunun partlaması nəticəsində qaynar sulara qərq olub. Nəticədə, sürücüsü hamilə qadın olan maşın qaynar su dolu çuxura düşüb.

Səhər saatlarından qaynar suyla dolan küçədəki buxara görə sürücülər, yavaş hərəkət etmək məcburiyyətində qalıblar.

Bundan başqa, şahidlərin sözlərinə görə, qəza səbəbindən Mitsubishi avtomobilinin altında asfalt çökdüyündən, maşın çuxura düşüb.

Qeyd olunur ki, avtomobilin sükanı arxasında hamilə qadın olub. Ona yoldan keçənlər yardım edib, hansılar ki, sonradan təcili tibbi yardım avtomobili çağırıblar.

Hadisə yerində həm patrul, həm də Krasnoyarsk istilik-nəqliyyat şirkətinin mütəxəssisləri çalışıb.

Related Post

Göyçay sakini ona məxsus sərnişin avtobusunun qəsdən yandırıldığını iddia edir (Foto)Göyçay sakini ona məxsus sərnişin avtobusunun qəsdən yandırıldığını iddia edir (Foto)

Göyçay rayonunda sərnişin avtobusunun yanması ilə bağlı bəzi təfərrüatlar məlum olub. AvtoReyd.Az APA-nın xəbərinə görə,bildirir ki, hadisə ötən gecə saat 23:30 radələrində Göyçay şəhərindəki “Göyçay-Avtonəqliyyat” ASC-nin həyətində baş verib. Rayon sakini, 1963-cü