Avtoreyd.az bildirir ki, Rusiyada, Krasnoyarsk şəhərinin küçələrindən biri borunun partlaması nəticəsində qaynar sulara qərq olub. Nəticədə, sürücüsü hamilə qadın olan maşın qaynar su dolu çuxura düşüb.
Səhər saatlarından qaynar suyla dolan küçədəki buxara görə sürücülər, yavaş hərəkət etmək məcburiyyətində qalıblar.
Bundan başqa, şahidlərin sözlərinə görə, qəza səbəbindən Mitsubishi avtomobilinin altında asfalt çökdüyündən, maşın çuxura düşüb.
Qeyd olunur ki, avtomobilin sükanı arxasında hamilə qadın olub. Ona yoldan keçənlər yardım edib, hansılar ki, sonradan təcili tibbi yardım avtomobili çağırıblar.
Hadisə yerində həm patrul, həm də Krasnoyarsk istilik-nəqliyyat şirkətinin mütəxəssisləri çalışıb.