İlon Mask öz yeni tamamilə elektrik yük avtomobili Semi-ni təqdim etməyə imkan tapmamış birinci nüsxələrdən biri ümumi istifadə edilən yollarda fotoşpionlarin kameralarına tuş gəldi.
AvtoReyd.Az məlumatına görə,yeniliyi Teslanın dizayner ofisi yaxınlığında qeydə alıblar. Kadrda tamamilə elektrik yük avtomobilinin Los-Andjesin dar küçələrində manevr etdiyi görünür.
http://www.youtube.com/watch?v=IMVhskg5AF4
İlon Mask 17 noyabrda Semi-in yüksəktexnologiyalı yedəkçisini təqdim etdi.36 tona çəkisində olan nəhənq avtomobil 20 saniyə ərzində saata 96 kilometrə qədər sürətini artırmaq imkanı var, boş yedəkçi belə sürəti beş saniyə ərzində yığır. Bir dəfə elektrik yüklənməklə yük avtomobilin gediş ehtiyatı 800 kilometr təşkil edir.

