Avtoreyd.az bildirir ki, ABŞ-da bir neçə aydır ki, “Köpək” ləqəbli ağ-qara pişik, Sent-Luisdəki itlər üçün təlim mərkəzində “çalışır”. Burada o, fiziki imkanları məhdud insanlara yardım edəcək itlərə təlim keçir. Pişiyin əsas işi mərkəzdəki  köpəklərin daim yanında olmaqdır.

Belə qonşuluq xidməti itlər üçün xüsusilə əhəmiyyətlidir. Çünki bu, heyvanlara iş zamanı diqqətin digər canlılara yönlənməməyinə kömək edir.

Köpəklər üçün təlim kursu iki il davam edir. Bir köpəyin təlimi 27 000 dollara başa gəlir. Lakin itləri müştərilərə pulsuz verirlər.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.