Biləsuvar rayonunda yol qəzası baş verib.

AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb.

Belə ki, velosipedin “Mercedes” markalı minik avtomobilinə çırpılması nəticəsində 3 nəfər xəsarət alıb.

Biləsuvar sakini, 25 yaşlı velosipedçi Ruslan adlı şəxsin vəziyyəti ağırdır. O, ağır kəllə-beyin xəsarətləri alaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Digər iki nəfər isə ciddi xəsarət almayıblar.

Faktla bağlı araşdırma aparılır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.