AvtoReyd.Az məlumat verir ki,San-Pauloda keçirilən 500 mil üzrə Qranja Viana yarışmasında, 2008-ci ilin Formula-1 yarışının dünya üzrə vitse-çempionu, braziliyalı yarışmaçı Felipe Massanın komandası diskvalifikasiya edilib. Buna səbəb yarışmaçılar Rodriqo Dantas və Tuka Roka arasında baş verən insident olub. Belə ki, finiş xəttinə 18 dairə qalmış yarışmaçılar bir-biri ilə toqquşub, və onlardan heç biri yarışa davam edə bilməyib. Yarış avtomobillərini tərk etdikdən sonra, onların arasında dava başlayıb. Dantas Rokanı yerə yıxaraq, boğmağa başlayıb. Dalaşanları yalnız yarışmanın marşallar briqadası ayıra bilib. Yekunda hər iki komanda diskvalifikasiya olunub. Qələbəni isə Formula-1 yarışının daha bir keçmiş pilotu Rubens Barrikellonun kollektivi qazanıb.
Avtomobil yarışında bir iştirakçı digərini az qalıb ki, boğub öldürsün (Video)
Categories:
Related Post
Akkumulyator alarkən nələrə diqqət etmək lazımdır? – VİDEOAkkumulyator alarkən nələrə diqqət etmək lazımdır? – VİDEO
Havalar soyduqca avtomobil akkumulyatorlarına tələb artır. Bu hal isə bəzi işbazları hərəkətə keçirir. Satıcılar bildirir ki, fırıldaqçılar bəzi hallarda köhnə akkumlytaorun üzərinə yeni etiket yapışdırıb təzə adı ilədə satışa çıxarırlar.
Evakuator özündən böyük yük maşınını daşıyır – TƏHLÜKƏ – VİDEOEvakuator özündən böyük yük maşınını daşıyır – TƏHLÜKƏ – VİDEO
Daha bir evakuator sürücüsünün təhlükəli hərəkəti kameraların yaddaşına düşüb. Xezerxeber.az məlumat verir ki, hadisə Gəncə şəhərində qeydə alınıb. Oktyabrın 8-də sürücülərdən biri tərəfindən çəkilən və “Xəzər Xəbər”in votsap nömrəsinə göndərilən
Hacıqabulda 10 kəndi birləşdirən yol yenidən qurulur (Foto)Hacıqabulda 10 kəndi birləşdirən yol yenidən qurulur (Foto)
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Hacıqabul rayonunda cari ildə magistral, kənd və qəsəbə yollarının yenidən qurulması və bərpası ilə bağlı 3 yol infrastrukturundan 2-də işlərə başlanılıb və yüksək keyfiyyətlə davam