Avtoreyd.az bildirir ki, Sankt-Peterburq metropoliteninin təhlükəsizlik xidmətinin sərxoş əməkdaşı, tapançanın lüləsi altında sərnişini yarım saatı dizi üstə durmağa məcbur edib.
Inspektora elə gəlib ki, “Staraya Derevnya” stansiyasındakı sərnişinlərdən biri ekstremistə oxşayır. “Cinayətkarı” müstəqil şəkildə zərərsizləşdirməyə qərar verən sərxoş əməkdaş, gənci vaqondan çıxardaraq, dizi üstə çökdürüb.
Hadisə yerinə gələn xüsusi xidmət əməkdaşları sərnişini sərbəst buraxıblar, nəqliyyat təhlükəsizliyinin əməkdaşı barəsində isə “Qadağan edilmiş yerlərdə alkoqollu məhsulun istifadəsi” maddəsi üzrə inzibati protokol tərtib ediblər.
Peterburq metropoliteninin rəhbərliyi inspektoru işdən çıxarmaqla bağlı qərar qəbul edib.