ABŞ-ın Vaşinqton ştatında, “Amtrak” dəmiryolu şirkətinə məxsus qatarın relsdən çıxması nəticəsində baş vermiş qəza zamanı 100-dən çox insan xəstəxanaya yerləşdirilib.
AvtoReyd.Az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
Yaralılardan 4-nün vəziyyətinin ağır olduğu bildirilir. Qatar Sietldən Portlend istiqamətində hərəkət edirmiş.
“Associated Press” agentliyinin məlumatında isə qeyd olunur ki, hadisə zamanı azı 6 nəfər ölüb.