Tovuzda kəl bir qadını öldürüb, digərinə xəsarət yetirib.

AvtoReyd.Az ARB 24-ə istinadən xəbər verir ki, hadisə rayonun Sarıtala inzibati ərazi dairəsinə aid olan Çobansıxnax kəndində baş verib.

Kənddə camış fermasında çalışan 49 yaşlı Məryəm Paşayevaya erkək camış hücum edib. Bu zaman Məryəm Paşayevanın qohumu 60 yaşı Gədəbəy sakini Maniə Quliyeva kəli ayırmaq istəyib. Ancaq kəl buynuzu ilə onun boyun damarını partladıb və qadın hadisə yerində ölüb.

Xəsarət alan Məryəm Paşayeva isə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

AvtoReyd.Az

http://www.youtube.com/watch?v=91ZryhqKf5k

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.