Avtoreyd.Az Hadisə Moskvada avtobus yeraltı keçidə girib: 5 ölü, 11 yaralı (Video)

Moskvada avtobus yeraltı keçidə girib: 5 ölü, 11 yaralı (Video)


Avtoreyd.az bildirir ki, Moskvada Mojaysk şosesində, “Slavyanskiy bulvar” metrostansiyası ərazisində səkiyə çıxan avtobus, yeraltı piyada keçidinə girib.

Hadisə nəticəsində 5 nəfər həlak olub, 11 nəfər isə xəsarət alıb. Onlardan doqquzu hazırda xəstəxanadadır.

Avtobusun sürücüsü saxlanılıb və dindirilib. O, bildirib ki, nəqliyyat vasitəsi öz-özünə hərəkət etməyə başlayıb və avtobusu saxlamaq mümkün olmayıb.

http://www.youtube.com/watch?v=3sNOaqathEk

http://www.youtube.com/watch?v=-ja4Pxmb59s

Related Post