Ağcabədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

AvtoReyd.Az “Report”a istinadən verdiyi məlumata görə, hadisə Yevlax-Bəhrəmtəpə avtomobil yolunun Ağcabədi rayonu ərazisində keçən hissəsində qeydə alınıb.

Belə ki, “VAZ-2106” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı dəmir maneəyə çırpılıb. Nəticədə avtomobilə ciddi ziyan dəyib. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.