Türkiyədən Azərbaycana gələn sərnişin avtobusu qəzaya uğrayıb.

AvtoReyd.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə dekabrın 25-də səhər saatlarında Qars şəhərində, Karakurt-Kağızman avtomobil yolunda baş verib.

Qəza nəticəsində 30 nəfər yaralanıb. Sərnişinlərin əksəriyyətinin Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının sakinləri olduğu bildirilib.

Avtobus İğdırdakı turizm şirkətlərindən birinə məxsus olub.

Bildirilib ki, İstanbul-İğdır reysi üzrə hərəkət edən sərnişin avtobusu dekabrın 25-də səhər saatlarında Karakurt-Kağızman avtomobil yolunda aşıb.

“Ümumilikdə, 30 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, ağır yaralı yoxdur. Yaralılar Qars və Sarıkamış dövlət xəstəxanalarına çatdırılıblar. Artıq onlardan 4 nəfəri evə buraxılıb”.

Hadisənin baş verməsinə səbəb kimi sürücünün idarəetməni itirməsi göstərilir.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.