Avtoreyd.Az Hadisə Türkiyədən Azərbaycana gələn sərnişin avtobusu qəzaya uğrayıb, 30 nəfər yaralanıb

Türkiyədən Azərbaycana gələn sərnişin avtobusu qəzaya uğrayıb, 30 nəfər yaralanıb


Türkiyədən Azərbaycana gələn sərnişin avtobusu qəzaya uğrayıb.

AvtoReyd.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə dekabrın 25-də səhər saatlarında Qars şəhərində, Karakurt-Kağızman avtomobil yolunda baş verib.

Qəza nəticəsində 30 nəfər yaralanıb. Sərnişinlərin əksəriyyətinin Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının sakinləri olduğu bildirilib.

Avtobus İğdırdakı turizm şirkətlərindən birinə məxsus olub.

Bildirilib ki, İstanbul-İğdır reysi üzrə hərəkət edən sərnişin avtobusu dekabrın 25-də səhər saatlarında Karakurt-Kağızman avtomobil yolunda aşıb.

“Ümumilikdə, 30 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, ağır yaralı yoxdur. Yaralılar Qars və Sarıkamış dövlət xəstəxanalarına çatdırılıblar. Artıq onlardan 4 nəfəri evə buraxılıb”.

Hadisənin baş verməsinə səbəb kimi sürücünün idarəetməni itirməsi göstərilir.

Related Post