Avtoreyd.Az Hadisə Bakıda tıxacda qalan həkim qışqırır: “Ölən var, yol verin” – VİDEO

Bakıda tıxacda qalan həkim qışqırır: “Ölən var, yol verin” – VİDEO


Bu saatlarda Bakının Cəlil Məmmədquluzadə və Bakıxanov küçələrinin kəsişməsində dəhşətli tıxac yaranıb. Hazırda həmin ərazidə olan APA TV-nin əməkdaşı Mahir Məmmədlinin Lent.az-a verdiyi məlumata görə, bu tıxacda təcili tibbi yardım maşını heç cür yol tapıb gedə bilmir:

“Axırda həkim özü düşdü, başladı yolu açmağa. Amma bu vəziyyətdə sürücüləri də qınamaq olmur. Tıxacdan tərpənmək mümkün deyil. İstəsək belə həkimə, təcili tibbi yardım avtomobilinə yol verə bilmirik”.

M.Məmmədli onu da bildirir ki, həkim çox həyəcanlı halda sürücülərə müraciət edib: “Həkim hamıdan xahiş edir, hətta qışqırır ki, ölən var, yol verin!”

APA TV-nin əməkdaşı təcili tibbi yardım maşınında olan xəstənin hazırkı vəziyyətindən əlavə məlumat əldə edə bilməyib.

Related Post

Şamaxıda qəza zamanı yaralananların şəxsiyyəti məlum olub (Foto)Şamaxıda qəza zamanı yaralananların şəxsiyyəti məlum olub (Foto)

Şamaxıda yol-nəliyyat hadisəsi baş verib. AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, hadisə Şamaxı-Pirqulu yolunun Məlhəm kəndi yaxınlığındakı hissəsində qeydə alınıb. Hərəkətdə olan “VAZ-2104” markalı avtomobil idarəetmədən çıxıb. Nəticədə avtomobil dərəyə yuvarlanıb. Hadisə