Bakının Sabunçu rayonu ərazisində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, Heydər Əliyev prospekti ilə hərəkətdə olan və Eyvazzadə Türk Elmar oğlunun idarə etdiyi “Lada Priora” markalı avtomobil Bakıxanov qəsəbəsinə dönən yolda arakəsməyə çırpılıb.

Nəticədə avtomobildə olan sərnişin əl nahiyəsindən sınıq xəsarətləri alıb. Sürücüyə yerində tibbi yardım göstərilib.

Əraziyə yol polisiəməkdaşları cəlb edilib. Sürücü Sərxoşluğun Yoxlanılması Mərkəzinə aparılıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.