Avtoreyd.az bildirir ki, Texas ştatının Hyuston şəhərində Yeni ilin qeyd edilməsi zaman avtomobillərdən birinin yük yerində olan fişənglər partlayıb.

Hadisə, yerli sakinlərin bayram şərəfinə atəşfəşanlıq təşkil etdiyi avtodayanacaqda baş verib. Havaya buraxılan fişənglərdən biri pirotexnika saxlanılan Dodge Charger avtomobilinin yük yerinə düşüb. Bu zaman yanğın baş verib.

Avtomobilin sahibi Hurara Hassan bildirib ki, maşını təmir etdirməli olacaq. Buna görə narahat olmadığını deyən avtomobil sahibi qeyd edib ki, gələn dəfə fişəng atmağa gedəndə, avtomobilin yük yerini bağlı saxlayacaq.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.