Abşeron rayonunun Digah qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, Rəsulov Rövşən Şamo oğlu idarə etdiyi “90-MP-597” dövlət qeydiyyat nişanlı “VAZ-2107” markalı avtomobili ilə “Lukoil” yanacaqdoldurma məntəqəsinə daxil olmaq istəyib.

Lakin idarəetməni itirən sürücü avtomobili məntəqədəki texnikaya vurub. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Sürücünün sərxoş olduğu müəyyən olunub.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.