Avtoreyd.az bildirir ki, internetdə pilotların hərbi təyyarələrin avtomobil yoluna endirməsi məşqini əks edən video yayılıb.
İki qırıcı təyyarə Su-30M2 və Su-34 bombardmançısı ilk dəfə olaraq 18 metr enində olan avtomobil yoluna enməni həyata keçiriblər. Enmə mürəkkəb meteoroloji şərtlərə görə konveyer üsuluyla həyata keçirilib, yəni dayanmadan– təyyarələr enərək, yerə toxunub və yenidən hündürlüyə qalxıb.
Qeyd edək ki, əvvəllər belə manevri yalnız hücumçu təyyarələr edə bilirdi.