2018-c il dünya gözəllik müsabiqəsinin qalibi olmuş qırğızıstanlı Saniya Şakirova yol qəzasında dünyasını dəyişib.

AvtoReyd.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, hadisə İssık-Kul vilayətində Balıqçı-Qaraqol şosesində baş verib.

Məlumata görə, Çolpon-Ata adlı taksi sürücüsünün idarəetməsindən çıxan avtomobil yol kənarındakı divara çırpılıb. Avtomobildə olan Saniya Şakirova yerindəcə keçinib. Sürücü isə ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, 30 yaşlı model 3 uşaq anası idi.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.