Qazaxıstanın Aktobe vilayətində avtobusun yanması nəticəsində 52 nəfər ölüb.
AvtoReyd.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, Qazaxıstanın Fövqəladə Hallar Komitəsinin nümayəndəsi Ruslan İmankulov “İkarus” markalı avtobusun yandığını bildirib.
Onun sözlərinə görə, avtobusun salonunda 55 sərnişin və 2 sürücü olub. Onlardan yalnız 5-i sağ qalıb. Qalan 52 nəfər isə yanaraq ölüb.
Hazırda avtobusdan çıxmağı bacaran 5 nəfərə tibbi yardım göstərilir.
Aktyubinsk vilayətinin Fövqəladə Hallar Departamentində Əməliyyat Qərargahı yaradılıb.
İlkin məlumata görə, avtobusdakı sərnişinlərin hamısı Özbəkistan vətəndaşları olub.
http://www.youtube.com/watch?v=ci0i5uWl84o