Lənkəranda ağır yol-nəqliyyat hadisəsi baş verib.

AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının Lənkəran rayonu, Liman şəhərindən keçən hissəsində baş verib.

Belə ki, “VAZ-2107” və “Mercedes” markalı minik avtomobillərinin toqquşması nəticəsində 2 nəfər – “VAZ-2107” markalı avtomobilin sürücüsü və onun sərnişini ölüb. Hadisə zamanı daha 3 nəfər xəsarət alıb.

Yaralılar Lənkəran Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.