Maraqlı

Dünyanın ilk robot-satıcısı işə başlayandan bir həftə sonra qovulub

Yaponiyanın “SoftBank” şirkəti tərəfindən hazırlanmış dünyanın ilk robot-satıcısı “Pepper” vəzifəsinin öhdəsindən gələ bilməyib.

AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, Şotlandiyanın Edinburq şəhərində “Margiotta Food & Wine” ərzaq mağazası robotu quraşdırılmasından bir həftə sonra ticarət zalından yığışdırıb. Robotun işi mağazalar şəbəkəsinin rəhbərliyini qane etməyib.

Qeyd olunur ki, robot tez-tez alıcıların xahişlərini başa düşməyib. Məsələn, “süd qutusunu haradan tapmaq olar” sualına o, yalnız “süd məhsulları bölməsində” deyə cavab verə bilir və dəqiq yeri göstərə bilməyib.

Bundan əlavə, cihaz səs-küylü mağaza şəraitində “ağır eşidərək” sözləri ayıra bilməyib, eləcə də yersiz zarafatlar edib.

Müəllif haqqında

www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.