Avtoreyd.az bildirir ki, Amerikanın yüngül və kommersiya baxımından effektiv raket-daşıyıcıların hazırlanmasıyla məşğul olan Rocket Lab şirkəti, dünyada ilk dəfə olaraq 3D-printerində çap edilmiş “Electron” raketi uğurla orbitə buraxıb.
Uçuş, Yeni Zelandiyanın Maxiya yarımadasında həyata keçirilib. İstehsalçılar bildiriblər ki, 3D-printerində çap edildiyindən yüngül olan “Electron” raketi 225 kiloqrama qədər olan kiçik peyklərin və yüklərin orbitə çatdırılması üçün hazırlanıb. Sifarişçilər üçün üç peyki ünvana çatdıran raket-daşıyıcı işinin öhdəsindən müvəffəqiyyətlə gəlib.
