Avtoreyd.az bildirir ki, hadisə bu gün səhər saatlarında Milan əyalətində, Lombardiyadakı “Treviglio” və “Pioltello” stansiyaları arasında baş verib. Qəza nəticəsində ən azı dörd nəfərin həlak olduğu bildirilir.
Şəhərətrafı sərnişin qatarının qəzaya uğraması nəticəsində, təxminən 100 sərnişin yaralanıb. Onlardan 10 nəfərinin vəziyyəti ağırdır.
Kremonadan çıxan 10452 nömrəli qatar, Milanın “Porta Garibaldi” vağzalına doğru hərəkət edirmiş. Hadisə yerindən paytaxta qədər olan məsafə, təxminən 15 kilometrdir.
Qəza yerində çalışan onlarla xilasedici, əyilmiş vaqonlarda qalan və sərbəst şəkildə çıxa bilməyən insanlara yardım edib.