Qəza hadisəsindən sonra yoldan nə qədər pul toplanılması haqda dəqiq məlumat verilmir.

Avtoreyd.az bildirir ki, Amerikanın İllinoys ştatında oyun avtomatları üçün pul daşıyan avtomobil qəzaya düşüb.

Yol-nəqliyyat hadisəsi nəticəsində yol, əskinazlarla örtülüb.

Bildirilir ki, pulu daşıyan minik avtomobilinin sürücüsü idarə etməni itirdiyindən, yol kənarındakı maneəyə çırpılıb, sonra isə pikapla toqquşub. Toqquşmadan yayınmağa çalışan üçüncü avtomobil də baryerə çırpılıb.

Nəticədə, yolun hərəkət olan hissəsi 5, 10 və 20 dollar nominalında olan əskinazlarla örtülüb. Yol işçiləri dollarları yerdən yığanadək, şose hərəkət üçün təxminən bir saat bağlı olub.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.