Avtoreyd.Az Hadisə Bakıda “Kamaz”ın aşması nəticəsində qum Nobel prospektinə və dəmiryoluna dağılıb – FOTO

Bakıda “Kamaz”ın aşması nəticəsində qum Nobel prospektinə və dəmiryoluna dağılıb – FOTO


Nobel prospektinin paytaxtın Xətai rayonu ərazisinə düşən hissəsində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, qəzaya “VAZ” markalı minik avtomobilinin qəfil əyləci basması səbəb olub.

Bu zaman arxadan gələn “66-BE-189” dövlət qeydiyyat nişanlı “Kamaz” markalı yük maşınının sürücüsü qəza törətməmək üçün sükanı sağ tərəfə döndərib. Nəticədə maşın aşıb. Onun yük hissəsində olan qum prospektə və yaxınlıqdan keçən dəmiryolu relslərinin üzərinə dağılıb. Ərazidən keçənlərin köməkliyi ilə relslər qumdan təmizlənib.

“Kamaz”ın 1967-ci il təvəllüdlü sürücüsü İsgəndərov Rasim Şəmsəddin oğlu bədən xəsarətləri alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Qəzanın baş verdiyi əraziyə Xətai Rayon Yol Polis Şöbəsinin əməkdaşları cəlb edilib. Yol-nəqliyyat hadisəsinin dəqiq səbəbləri araşdırılır.

Related Post

Avtobusların ölüm dayanacağı – Sürücü sərnişinlə dolu avtobusla yanacaqdoldurma məntəqəsinə girdi – VİDEOAvtobusların ölüm dayanacağı – Sürücü sərnişinlə dolu avtobusla yanacaqdoldurma məntəqəsinə girdi – VİDEO

Bakıda sərnişin avtobusu sürücülərinin özbaşınalıqları davam edir. AvtoReyd.Az Xezerxeber.aza istinadən məlumat verir ki, qanunla qadağan olunmasına baxmayaraq, avtobus sürücüləri içərisi adamla dolu olan maşınla yanacaqdoldurma məntəqələrinə girir. Növbəti belə hal 185