Bakıda sərnişin avtobusu sürücülərinin özbaşınalıqları davam edir.

AvtoReyd.Az Xezerxeber.aza istinadən məlumat verir ki, qanunla qadağan olunmasına baxmayaraq, avtobus sürücüləri içərisi adamla dolu olan maşınla yanacaqdoldurma məntəqələrinə girir. Növbəti belə hal 185 saylı marşrut xətti üzrə hərəkət edən avtobusda yaşanıb. Sürücü sərnişinlə dolu avtobusla yanacaqdoldurma məntəqəsinə daxil olub.

Bununla bağlı görüntünü sərnişinlərdən biri “Xəzər Xəbər”ə göndərib.
Görüntülərdən məlum olur ki, sürücür sərnişin dolu avtobusla yanacaq doldurur. Hətta sürücü sərnişinlərə yanacaqdoldurma məntəqəsinə girməsi barədə xəbərdarlıq da etmir.

Dəfələrlə bu mövzu ilə bağlı xəbərdarlıq edilməsinə baxmayaraq, problem yenə də öz həllini tapmayıb.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.