Bakıda yanacaq daşıyan maşının sürücüsü yolda qaydaları pozaraq həm özünün, həm də başqalarının həyatını təhlükə altına atıb.
AvtoReyd.Az-in məlumatına görə, sosial şəbəkələrdə yayılan videoda sürücünün təhlükəli manevrlər etdiyi, sürət həddini aşdığı görünür.
Hadisə Nobel prospektində səhər saatlarında qeydə alınıb.
“30-ZA-114″ dövlət nömrə nişanlı yanacaq daşıyan maşının sürücüsü gah sürəti artırır, gah sağdan, gah soldan ötmə əməliyyatı edir, gah da anidən əyələcə basır.”Bu işverənlik deyil, bu kiminsə həyatın törədiləcək qəzadan qutarmaqdı!” deyə müəllif qeyd edib.
Həmin görüntləri təqdim edirik.