Tovuzda yük avtomobili azyaşlını vurub.AvtoReyd.Az APA-ya istinadən xəbər verir ki,hadisə rayonun Əyyublu kəndində baş verib. Kənd sakini 7 yaşlı Əsgərov Elvin Elnur oğlu yoldan keçən zaman  kənd sakini 1992-ci il təvəllüdlü Abbasov İbrahim Nazim oglunun idarə etdiyi mişar daşı ilə yüklü  “KamAZ” markalı yük avtomobili tərəfindən vurulub.

Uşaq hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

 

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.