Toy etməyə hazırlaşan35 yaşlı şəxs elə nişan günündə qəza törədərək dünyasını dəyişib.
Xezxerxeber.az-ın məlumatına görə, hadisə dünən gecə saatlarında Zaqatala şəhəri ərazisində baş verib. Rayon sakini Əhməd Həsənov minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək, avtomobili yol ayrıcındakı beton maneəyə çırpıb. Qəza nəticəsində o, aldığı ağır bədən xəsarətlərindən hadisə yerindəcə dünyasını dəyişib.
Qeyd edək ki, Əhməd Həsənov Rusiyadan bir neçə gün əvvəl ailə həyatı qurmaq məqsədi ilə doğulduğu Zaqatala şəhərinə gəlib. Hadisə baş verən gün isə mərhumun nişan mərasimi olub.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
