Filippin prezidenti Rodriqo Duterte ölkəyə qeyri-qanuni yollarla gətirilən lyuks sinfli onlarla avtomobili buldozerlərlə əzmək barədə göstəriş verib. FaktXeber.com-un məlumatına görə, bu barədə Röyters xəbər verib.
Ümumilikdə 1,2 milyon dollarlıq 20 maşın məhv edilib. Onların bəzilərinin dəyəri 100 min dollardan artıq olub.
Siaystəçi korrupsiya və cinayətkarlıqla bu cür mübarizə yollarını apardığını deyib
«Məmurların belə avtomobili ola bilməz. Mettaloma verin, oyuncaq düzəltsinlər.», – deyə Duterte bəyan edib.
Qeyd edək ki, Filippin prezidenti qalmaqallı çıxışları və hərəkətləri ilə məşhurlur. Belə ki, 2017-ci ilin noyabr ayında o, yeniyetməlik dövründə adam öldürdüyünü etiraf edib. Bundan başqa dövlət başçısı narkoticarətə qurşanmış məmurları şəxsən öldürəcəyinə vəd verib. Yanvarın 22-də isə Duterte diktator olacağı təqdirdə onu güllələmsi barədə ordu və polislərə fərman verib.