Lənkəranda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın  verdiyi məlumata görə, hadisə Liman-Nərimanabad-Balıqçılar yolunun Liman şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. “VAZ-21011” markalı minik avtomaşını yoldan çıxaraq elektrik dirəyinə çırpılıb.

 

Nəticədə avtomaşında olan iki nəfər – sürücü və bir qadın xəsarət alaraq Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.