“Yandeks” və “Uber” şirkətləri arasında biznes sazişi imzalanıb.

AvtoReyd.Azın məlumatına görə, şirkətlər arasında Rusiya və qonşu ölkələrdə biznesin artırılması məqsədilə 225 milyon dollar (“Uber”) və 100 milyon dollar (“Yandeks”) sərmayə əsasında razılaşma əldə olunub.

İnvestisiyalar əsasında şirkətin balansında 400 milyon dollar var. Saziş əsasında yaranan yeni “Yandeks. Taksi” şirkətinin 59,3 faizi “Yandeks” şirkətinə, 36,9 faizi “Uber”, digər 3,8 fazi isə əməkdaşlara aiddir. .

Saziş bağlandığı andan etibarən taksi parkları və sürücülər vahid texnologiya sisteminə keçəcək.

/Publika

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.