Taksi sürücüsü kimi işə düzəlmək istəyən bir qrup vətəndaş fırıldaqçı şirkətin qurbanına çevrilib.Özünü taksi şirkətinin sahibi kimi qələmə verən Samir adlı şəxs 70-dən çox vətəndaşın pulunu mənimsəyib.
Şəhərin Nəsimi rayonu ərazisində ofis götürən fırıldaqçı vətəndaşları orada qəbul edərək onlardan 500 AZN depozit pulu alıb. Taksi sürücüsü işləmək istəyənlərə avtomobillər vəd edən “şirkət” rəhbəri onları iki gün ərzində maşınla təchiz edəcəyini bildirib.
Külli miqdarda pul yığdıqdan sonra vədinə əməl etməyən və heç bir vətəndaşa avtobobil verməyən fırıldaqçı aradan çıxıb. Vətəndaşların müraciətindən sonra Nəsimi rayon Polis İdarəsində cinayət işi açılıb.
/FaktXəbər
