Hadisə

Xaçmaz-Quba yolunda ağır qəza – 3 ölü, 2 yaralı

Bu gün axşam saatlarında Xaçmaz-Quba yolunda 3 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən ağır qəza baş verib.

AvtoReyd.Az APA-ya istinadən  xəbər verir ki, xəsarət alan şəxslər Qubanın Nügədi kənd sakinləri 1995-ci il təvəllüdlü Cavid Zülfüqarov və 1966-cı il təvəllüdlü İftixar Hacıyevdir. “VAZ 2106”nın sürücüsü, 1973-cü il təvəllüdlü Elçin Əliyev isə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasında dünyasını dəyişib.

Digər ölənlərin şəxsiyyəti müəyyənləşdirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Müəllif haqqında

www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.