Avtoreyd.Az Maraqlı Elektrik avtomobilindən kompüter siçanı düzəltdilər (Video)

Elektrik avtomobilindən kompüter siçanı düzəltdilər (Video)


Avtoreyd.az bildirir ki, robototexnik Simona Girts və ixtiraçı Uilyam Osman Massaçussets texnologiya institutunun sarı rəngli kiçik “Comutacar” elektrokarını nəhəng kompüter siçanına çeviriblər.

Uilyam siçanın sensorunu əvəz edən qurğu yığaraq, onu mikromaşının qabaq bamperində bərkidib. Beləliklə, “Fotoşopda”kı kursor maşınla birlikdə hərəkətə gəlib. Klakson siçanın sol düyməsini əvəz edib. Xətti çəkmək üçün düz istiqamətdə getməklə bərabər, eyni zamanda siqnal vermək də lazım olub.

Müəlliflər marşrut xəritəsində avtomobil şəkli çəkmək istəsələr də, birinci cəhd zamanı kiçik üçbucaqla kifayətlənməli olublar.

Qeyd edək ki, “Comutacar”  1980-ci ilin layihəsidir.

Related Post

Yaponiyada dünyada robotlarla çalışan ilk “tənbəl” mehmanxana fəaliyyət göstərir (Video)Yaponiyada dünyada robotlarla çalışan ilk “tənbəl” mehmanxana fəaliyyət göstərir (Video)

Avtoreyd.az  bildirir ki, Yaponiyanın Naqasaki şəhərində bütün əməkdaşları robotlar olan dünyada ilk mehmanxana fəaliyyət göstərir. Müştərilərin qeydiyyatı masası arxasında xanım-robot, dinozavr və kiçik android xidmət göstərir. Onlar nömrəyə yerləşməyi izah