Hadisə Çində baş verib.AvtoReyd.Az-ın məlumatına görə,sürücünün diqqətsizliyi üzündən “elektrik rikşa” digər avtomobilə çırpılıb və nəticədə, onu idarə edən şəxs asfalta düşüb. Huşunu itirən çinli yaxşı ki, nəzarətsiz qalan nəqliyyat vasitəsinin necə “qəzəbləndiyini” və nələr etdiyini görməyib. Polislər əvvəlcə “rikşanı” dayandırmağa çalışsalar da, heç nə alınmayıb. Yalnız yoldan keçənlərin yardımından sonra bunu etmək mümkün olub. Bu zaman başıbəlalı sürücü az qala tapdalanacaqmış.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.