Hindistanın Maxaraştra ştatında pələng ayıya hücum edib.
Safari səfəri zamanı Akşay Kumar bu hadisəni lentə ala bilib.
O, xəbər verir ki, Matkasur adlı 7 yaşlı pələng körpələri olan dişi ayıya hücum edib. Ayı isə balaları ilə birlikdə su içməyə gəlib.
“Pələng ayıya hücum etdi və bu hücum 5 dəqiqə davam etdi. Ayı isə balalarını qorumaq üçün pələngin üzərinə atıldı”,- deyə Kumar bildirib.
Pələng ayını yerə yıxıb. Amma ayı pələngin əlindən qurtulub. Hər iki heyvan yaralanıb. Ayı potaları isə xəsarət almayıb.
http://www.youtube.com/watch?v=29qeGHksdQY
