Asfalt-beton örtüyünün yenilənməsi ilə əlaqədar olaraq Təbriz küçəsinin Əliyar Əliyev küçəsi ilə kəsişməsindən Ağa Nemətulla küçəsi ilə kəsişməsinədək olan hissəsində bu gecədən etibarən (martın 9-dan 10-na keçən gecə) avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən AvtoReyd.Az -a verilən məlumata görə, məhdudlaşma qısa müddətlik tətbiq ediləcək.

“Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məhdudlaşma ilə əlaqədar yarana biləcək narahatlığa görə öncədən vətəndaşlardan üzr istəyir”, – deyə məlumatda vurğulanıb.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.