Avtoreyd.Az Hadisə Bakıda piyadanı vuran avtomobilin sürücüsü özünü polis kimi təqdim edərək qaçıb

Bakıda piyadanı vuran avtomobilin sürücüsü özünü polis kimi təqdim edərək qaçıb


Nizami rayonunda bir nəfərin ağır xəsarət alması ilə nəticələn yol qəzası baş verib.

AvtoReyd.Az xəbər verir ki, hadisə 8-ci kilometr qəsəbəsində baş verib.

1953-cü il təvəllüdlü Sarıyev Tofiq Əmrah oğlu 8-ci km bazarının qarşısından yolun digər tərəfinə keçərkən onu qara rəngli minik avtomobili vurub. Piyada ağır xəsarət alıb. O, təcili yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.

Yaralının yaxınlarının “Report”a verdiyi məlumata görə, hadisəni törədən sürücü özünü polis əməkdaşı kimi təqdim edib. Daha sonra yaralıya lazımı yardım göstəriləcəyini bildirirək, hadisə yerindən uzaqlaşıb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən şəxsin axtarışına başlayıb.

Related Post

Xilasedicilər gələnə kimi kənd sakinləri üç saat ərzində fil balasını boğulmaqdan belə xilas edib (Video)Xilasedicilər gələnə kimi kənd sakinləri üç saat ərzində fil balasını boğulmaqdan belə xilas edib (Video)

Avtoreyd.az bildirir ki, əsas versiyaya görə içmək üçün suya yaxınlaşan fil balası müvazinətini itirərək hovuza düşüb. Hadisə Hindistanın Qərbi Benqaliya ştatında baş verib. Qan donduran qışqırıqlar eşidən Aliperdyuar şəhərinin yaxınlığında yerləşən