Mingəçevirdə avtomobil 4 yaşlı uşağı vurub.

”Report”un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin 20 Yanvar küçəsində, “Karyer” adlanan ərazidə baş verib.

Belə ki, “Mersedes” markalı avtomobil yolu keçmək istəyən 2013-cü il təvəllüdlü Xasiyev Ümid Vüsal oğlunu vuraraq ağır xəsarət yetirib. Müxtəlif bədən xəsarətləri alan azyaşlı təcili xəstəxanaya çatdırılıb.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.