Rusiyanın Maykop şəhərində ölümlə nəticələnən hadisə baş verib. FaktXəbər-in verdiyi məlumata görə, qardaşına bıçaqla hücum edən rusiyalı ona ağır bədən xəsarəti yetirib.
Hadisə təhlükəsizlik kamerası qarşısında qeydə alınıb. Taksiyə minmək üçün avtomobilə yaxınlaşan 31 yaşlı şəxs bu vaxt kiçik qardaşı tərəfindən hücuma məruz qalıb.
28 yaşlı qardaşının hücumuna cavab veməyən böyük qardaş ayağından aldığı bıçaq zərbəsindən sonra qaçmağa başlayıb. Özünü xəstəxanaya çatdıran rusiyalı itirdiyi qandan həyatını itirib.