Masallı rayonunda minik maşını ilə mikroavtobus toqquşub, yaralılar var.

“Report”un Cənub bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistralının Masallı rayonunun Xıl kəndindən keçən hissəsində qeydə alınıb.

Hadisə zamanı “Ford” markalı mikroavtobus və “Hundai” markalı minik maşını toqquşub.

Qəza nəticəsində xəsarət alan 10 nəfər təcili tibbi yardım maşını ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Həkimlər onlardan bir neçəsinin vəziyyətini ağır kimi qiymətləndiriblər.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.