Daşkəsən rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
AvtoReyd.Az “Report”un Qərb bürosununa istinadən məlumat verir ki, hadisə Daşkəsən-Gəncə avtomobil yolunun Bayan kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, Daşkəsən rayon sakini, 1990-cı il təvəllüdlü Vasif Allahverdiyevn idarə etdiyi “VAZ-2107” markalı avtomobil yol kənarındakı maneəyə çırpılıb. Nəticədə o, xəsarət alıb, avtomobilə ciddi ziyan dəyib.
İlkin məlumata görə, qəzaya yağıntılı hava şəraiti ilə əlaqədar yolun sürüşkən olması səbəb olub.
Faktla bağlı araşdırma aparılır.