Bakıda yeni yaradılan polis şöbələrinin bəzilərinə rəis təyinatları olub.
“Report” xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci Polis Şöbəsinə (PŞ) polis polkovnik-leytenantı Elşən Tağıyev, Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə polis polkovnik-leytenantı Samir Həsənov, Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə polis polkovnik-leytenantı Zaur Əliyev, Nizami Rayon RPİ-nin 25-ci Polis Şöbəsinə polis polkovnik-leytenantı Elmir Hüseynov və Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinə polis mayoru Elnur Əliyev rəis təyin edilib.
Ramil Usubovdan yeni rəis təyinatları
Categories:
Qeyd edək ki, Bakının yeddi polis bölməsinə şöbə statusu verilib. Polis şöbələrində şəxsi heyətin sayı polis bölmələrindəki şəxsi heyətdən daha çox olacaq.