Abşeron rayonunun Saray qəsəbəsi ərazisində ikisi uşaq olmaqla 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, “Niva” markalı avtomobil Bakı-Sumqayıt şossesinin Saray qəsəbəsi ərazisində, yol kənarında dayanmış “VAZ-2106” markalı maşına çırpılıb.

Nəticədə “VAZ-2106″da olan 1968-ci il təvəllüdlü Məmmədova Leyli Vəli qızı, 1964-cü il təvəllüdlü Məmmədov Oktay İsa oğlu, 1998-ci il təvəllüdlü Məmmədova Aytac Mətləb qızı, 9 aylıq Məmmədov Oktay Elnur oğlu və 2014-cü il təvəllüdlü Məmmədova Leyli Elnur qızı müxtəlif bədən xəsarətləri alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Həkimlərin verdiyi məlumata görə, 1968-ci il təvəllüdlü L.Məmmədovanın vəziyyəti ağırdır.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən avtotexniki ekspertiza təyin edilib.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.