Hadisə

Cəlilabadda üç avtomobil toqquşub (Foto)

Cəlilabad rayonunda zəncirvari yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında Cəlilabad şəhərinə girişin dairəvi hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı iki avtomobillə “VAZ-2106” markalı minik maşını toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, hər üç maşına ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

Müəllif haqqında

www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.