Avtoxəbər

Bakıda kirayə avtomobillərə tələbat artıb (Video)

Əvvəlki illərlə müqayisədə Bakıda kirayə avtomobillərə tələbat artıb.

Xezerxeber.az-ın məlumatına görə, kirayə avtomobil xidməti göstərən şirkətlərin sayının çoxalması bunu deməyə əsas verir. Ötən illərə nisbətən belə şirkətlərin sayı təxminən 50 faiz artıb.

Kirayə avtomobil bazarının çoxalmasının əsas səbəbi isə ölkəyə gələn turistlərdir.

Amma tək əcnəbilər deyil, yerli sakinlərin də son vaxtlar kirayə avtomobil bazarına müraciətləri çoxalıb. Əsas tələbat nisbətən ekonom və daha çox sərnişin tutumu olan avtomobillərədir. Qiymətlər isə avtomobilin markasına və götürüldüyü müddətə görə dəyişir.

Kirayə avtomobil heç də hər kəsə verilmir, bunun üçün maşını götürən şəxsdən xüsusi öhdəliklər tələb olunur. Hər hansı yol-nəqliyyat hadisəsi baş verərsə, icarə götürən dəymiş ziyanın yalnız bir hissəsini ödəyir.

Bundan əlavə, toy üçün bir günlük bahalı avtomobil götürənlər də az deyil. Dağlıq rayonlara gedənlər isə «offroad» tipli avtomobil götürməyə üstünlük verirlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Müəllif haqqında

www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.

Biz Instagramda

Connection error. Connection fail between instagram and your server. Please try again