AvtoReyd.Az xəbər veriri ki,ABŞ-ın Texas ştatının Pasadena şəhərinin polis əməkdaşı və patrul maşınının alt kamerasından videoyazılar dərc edilib, hansının ki, kadrlarında zabit Sautmor küçəsində silahlı şübhəli şəxsə atəş açıldığı məqam nümayiş olunur.
Pasadena polis departamentinin nümayəndəsinin verdiyi məlumata görə, patrul ötən cümə axşamı “STOP” nişanına əhəmiyyət verməmiş sürücünü dayandırmağa çalışıb. Sürücü nəqliyyat vasitəsini dərhal dayandırmayaraq altı kvartal sonra dayanıb. Kadrlarda zabit “maşında qalın və əllərinizi göstərin” qışqırdığı açıq görünür.
Polis rəisinin köməkçisi Djoşa Bryuqqeranın sözlərinə görə, vəziyyət qəflətən kəskinləşib.
O maşından çıxıb, zabitə yarı dönərək çevrilib. Hansısa bir anda onun əli kürəyinə uzanır, o silahı çıxardır və onu hər iki əllə zabitə yönəldir.Zabit dərhal xəbərdarlıq etmədən atəş açır.
Adıçəkilən videonu təqdim edirik:
