Avtoreyd.Az Hadisə Yevlaxda baş vermiş ağır qəzada ölən və yaralanan var (Foto)

Yevlaxda baş vermiş ağır qəzada ölən və yaralanan var (Foto)


Yevlax rayonunda ağır yol qəzası baş verib.

AvtoReyd.Az  Report-a istinadən xəbər verir ki,Bakı-Qazax avtomobil yolunun Yevlax şəhər ərazisindən keçən hissəsində “Ford Transit” markalı “01-BM-681” dövlət qeydiyyat nişanlı avtomobil idarəetmədən çıxaraq “Kamaz” markalı “09-BC-050” dövlət qeydiyyat nişanlı yük maşınına çırpılıb.Nəticədə bir nəfər xəstəxanaya aparılarkən yolda ölüb, daha iki nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.Gecə saatlarında baş vermiş hadisə zamanı ağır xəsarət alan Abşeron rayon sakini Əlverdiyev Orxan Elfan oğlu ölüb.

asamal rayon sakini Yüsibov İlkin Tofiq oğlu müxtəlif bədən xəsarətlərilə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, ölən və yaralanan şəxslər “Ford Transit” markalı avtomobildə olanlardır.

Baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

AvtoReyd.Az

Related Post